"Tarixi abidələrin qorunması istiqamətində işlər intensivləşdirilməlidir".
Gunaz.az "Report"-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov “Müəllif hüququna hörmətin aşılanması və rəqəmsal mühitdə piratçılığa və kontrafaktçılığa qarşı mübarizə” mövzusunda keçirilən konfransda deyib.
O bildirib ki, UNESCO və İSESCO çərçivəsində Azərbaycan abidələrinin qorunması işi gedir, ancaq saxta olan və saxta olmayan qeydiyyat məsələsinə xüsusi diqqət yetirilməlidir: "Biz ermənilərin saxta qeydiyyat aparmasına qarşı mübarizə aparmalıyıq".
Komitə sədri xatırladıb ki, ermənilər Azərbaycan ərazilərinə köçdükdən sonra Azərbaycan xalqının və digər xalqların mədəniyyət abidələrini, mədəniyyətini, adət-ənənələrini, məişətini özününküləşdirməyə başlayıb.