SON DƏQİQƏ
» » Deputatlarımız Buxarestə gedir - NATO yığıncağı

Deputatlarımız Buxarestə gedir - NATO yığıncağı

Tarix:

4-10-2017, 20:44

/ 998 dəfə oxundu.
Deputatlarımız Buxarestə gedir - NATO yığıncağı

Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputatlar Məlahət İbrahimqızı, Qüdrət Həsənquliyev, Kamran Bayramov NATO Parlament Assambleyasının 63-cü illik sessiyasında iştirak etmək üçün oktyabrın 5-də Rumıniyanın paytaxtı Buxarestə səfər edəcəklər.

Parlamentin mətbuat xidmətindən bildiriblər ki, toplantıda “Suriyada və İraqda müharibə: Humanitar aspektlər”, “Ballistik raketdən müdafiə və NATO”, “Avropanın müdafiə sənayesi bazasının vəziyyəti” mövzularında məruzələr dinləniləcək.

Tədbir iştirakçıları Qara dəniz regionunda sabitliyin qorunması, NATO ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişafı, Yaxın Şərqdə və Şimali Afrikada ərzaq və su təhlükəsizliyinin təmin edilməsi, iqlim dəyişikliyi ilə əlaqədar məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.

Deputatlarımız müzakirəyə çıxarılan məsələlərə münasibət bildirəcəklər.

Səfər oktyabrın 10-da başa çatacaq.

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ