SON DƏQİQƏ
» » Tramp Azərbaycana onu səfir göndərmək istəyir

Tramp Azərbaycana onu səfir göndərmək istəyir

Tarix:

5-09-2018, 09:39

/ 10 313 dəfə oxundu.
Tramp Azərbaycana onu səfir göndərmək istəyir

ABŞ Prezidenti Donald Tramp İrli Litsenbergeri öz ölkəsinin Azərbaycandakı səfiri vəzifəsinə təklif edib.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin yaydığı məlumatda deyilir.

Qeyd edilir ki, İrli Litsenberger karyeralı diplomatdır və hazırda Dövlət Departamentində hərbi-siyasi məsələlər üzrə Büroda baş müşavir vəzifəsini tutur. İ.Litsenberger fransız, rus, serb və bolqar dillərini bilir.

Bundan əlavə, D.Tramp Con Pommerşeymi ABŞ-ın Tacikistandakı səfiri vəzifəsində təklif edib. C.Pommerşeym karyeralı diplomatdır və hazırda ABŞ-ın Qazaxıstandakı səfirliyində işləyir. C.Pommerşeym rus, alman, yapon və Çin dillərini bilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ