SON DƏQİQƏ

Rusiyanın yeni səfiri bu gün Bakıya gəlir

Tarix:

8-06-2018, 11:13

/ 10 264 dəfə oxundu.
Rusiyanın yeni səfiri bu gün Bakıya gəlir

Rusiyanın Azərbaycandakı yeni səfiri Mixail Boçarnikov bu gün Bakıya gəlir.

Gunaz.az "Report"a istinadən xəbər verir ki, M.Boçarnikov etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdikdən sonra vəzifəsinin icrasına başlayacaq.

Rusiya Prezidenti Vladimir Putin M.Boçarnikovu Azərbaycana səfir vəzifəsinə bu il mayın 29-da təyin edib. O, bu vəzifədə Vladimir Doroxini əvəzləyib.

Qeyd edək ki, 70 yaşlı M.Boçarnikov daha əvvəl Rusiyanın Zambiya, Yunanıstan və Qazaxıstandakı səfiri olub. Səfir rus dilindən başqa, ingilis, fransız və amhar dillərində danışır. Diplomat evlidir və bir qızı var.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ