SON DƏQİQƏ
» » Kritik görüşdən sonra Çavuşoğlundan ilk açıqlama

Kritik görüşdən sonra Çavuşoğlundan ilk açıqlama

Tarix:

3-08-2018, 12:35

/ 10 295 dəfə oxundu.
Kritik görüşdən sonra Çavuşoğlundan ilk açıqlama

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ dövlət katibi Mayk Pompeo ilə təkbətək görüşündən sonra mətbuata açıqlama verib.

GunAz.az  xəbər verir ki, nazir görüşdə həmkarı ilə müzakirə etdiyi məsələlərdə razılığa gəldiklərini bildirib.

“Öncə bunu bildirmək istəyirəm ki, ölkələr arasında problemlər ola bilər. Ancaq biz Türkiyə olaraq hər zaman diplomatik dialoqlarla böhranları həll etməyi arzu edirik. Təhdid dili və sanksiyalarla heç bir nəticə əldə edə bilməyəcəyimizi başından bəri söylədik. Və bu gün eyni şeyi təkrarladıq. Görüşdə ortaya çıxan problemləri necə həll edəcəyimizi, hansı addımları atacağımızı müzakirə etdik. Lakin bir görüşdə bütün böhranların aradan qaldırılmasını gözləmək olmaz".

Qeyd edək ki, tərəflər bu gün Sinqapurda təşkil edilən 51-ci Cənub-şərqi Asiya Millətlər Birliyi Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində bir araya gəlib.

скачать dle 12.1

Şərhlər