SON DƏQİQƏ

Çavuşoğlu-Pompeo görüşü oldu

Tarix:

3-08-2018, 10:34

/ 10 272 dəfə oxundu.
Çavuşoğlu-Pompeo görüşü oldu

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın dövlət katibi Maykl Pompeo ilə Sinqapurda ASEAN-a üzv dövlətlərin xarici işlər nazirlərinin toplantısı çərçivəsində  görüşüb.

Bu haqda GunAz.az Türkiyə KİV-nə istinadən xəbər verir.

Onlar Suriyadakı vəziyyəti, Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin Türkiyəyə təhvil verilməsini, ABŞ istehasalı olan F-35 döyüş təyyarələrinin 5-ci nəslinin Türkiyəyə tədarük olunmasını, eləcə də amerikalı keşiş Endryu Bransonun mühakiməsini müzakirə ediblər.

Qeyd edək ki, ABŞ 2016-cı il iyulun15-də Türkiyədə dövlət çevirlişində iştirakda şübhəli bilinən Endryu Bransona görə Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül və daxili işlər naziri Süleyman Soyluya qarşı sanksiya tətbiq edib. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ