SON DƏQİQƏ

Ərdoğandan İslam dünyasına ÇAĞRIŞ

Tarix:

24-07-2018, 15:27

/ 10 257 dəfə oxundu.
Ərdoğandan İslam dünyasına ÇAĞRIŞ

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan partiyasının iclasında çıxış edib.

GunAz.az  xəbər verir ki, Ərdoğan İsrailin milli yəhudi dövləti qanununa qarşı sərt reaksiya göstərib və Fələstini dəstəkləyib. İslam dünyasına çağırış edən Ərdoğan “Bütün dövlətləri İsrailə qarşı hərəkətə keçməyə dəvət edirəm” deyib.

Ərdoğan yəhudi milli dövlət qanunu ilə bağlı deyib:

“Bu qanun İsrailin dünyadakı ən sionist, ən faşist, ən irqçi dövlət olduğunu heç bir şübhəyə yer qoymayacaq şəkildə isbat edir. İslam dünyasını, xristian aləmini, dünyadakı demokratik və suveren bütün dövlətləri, qurumları, QHT-ləri, media mənsublarını İsrailə qarşı hərəkətə keçməyə dəvət edirəm”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ