SON DƏQİQƏ

Ərdoğandan seçkilərlə bağlı ilk AÇIQLAMA

Tarix:

25-06-2018, 08:40

/ 10 257 dəfə oxundu.
Ərdoğandan seçkilərlə bağlı ilk AÇIQLAMA

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün keçirilən prezident və parlament seçkiləri ilə bağlı açıqlama verib.

GunAz.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Ərdoğan vətəndaşların 90 faizə yaxının seçkilərdə iştirak etməklə bütün dünyaya demokratik mesajı verdiyini bildirib.

“Millətimi 24 iyun demokratik zəfərinə görə bir daha təbrik edirəm. Ölkəmiz və millətimiz üçün xeyirli olsun. Bu, türk demokratiyasının qüdrətidir. Sərbəst toplaşmaq azadlığı və səsvermə azadlığı türk demokratiyasının gücünün ifadəsidir. Türkiyə dünyaya demokratiya dərsi vermişdir. Seçkilərdə iştirak faizi 90-a yaxın olub”, - Ərdoğan deyib.

Dövlət başçısı seçkilərin nəticələri ilə bağlı ona zəng edən və təbrik mesajları göndərən dost və qardaş ölkələrə minnətdarlığını dilə gətirib.

“Millətimiz ölkəmimiz üçün bir istiqamət müəyyən edib. İndi parlamentimizlə daha çox çalışmalıyıq”, - Türkiyə prezidenti vurğulayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ