SON DƏQİQƏ
» » TRAMP KÜRƏKƏNİNDƏN ŞİKAYƏTLƏNDİ-“O müşavirim olsa da, yaxşı məsləhətlər verə bilmir”-

TRAMP KÜRƏKƏNİNDƏN ŞİKAYƏTLƏNDİ-“O müşavirim olsa da, yaxşı məsləhətlər verə bilmir”-

Tarix:

2-11-2017, 15:25

/ 1 265 dəfə oxundu.
TRAMP KÜRƏKƏNİNDƏN ŞİKAYƏTLƏNDİ-“O müşavirim olsa da, yaxşı məsləhətlər verə bilmir”-

ABŞ prezidenti Donald Tramp hüquqşünaslardan ibarət olan komandasını, o cümlədən müşaviri və kürəkəni Cared Kuşneri düzgün qərarlar çıxarmaq üçün yaxşı məsləhətlər verməməkdə ittiham edib.

Gunaz.az xəbər verir ki, bu barədə “Vanity Fair” jurnalı etibarlı mənbələrə əsasən yazıb.

Mətbu orqanın yazdığına görə, Tramp komandasını və kürəkəni Kuşneri, xüsusən də xüsusi prokuror “Rusiya işi üzrə” Robert Müllerin işdən çıxarılması ilə bağlı düzgün qərar çıxarmaq barədə yaxşı məsləhət verməməkdə qınayıb: “Düzgün qərarlar qəbul edilmədiyindən Müller məsələsi çox mürəkkəb bir vəziyyət aldı”.

Tramp strateji məsələlər üzrə öz keçmiş məsləhətçisi Stiven Benon ilə söhbətində kürəkəni başda olmaqla digərlərini prezidentin sabiq müşaviri Maykl Flini, Federal Təblükəsizlik Bürosunun rəhbəri Ceym Kominin işdən çıxarılmasında ona yanlış məsləhət və məlumatlar veriblər.

Trampın müşaviri olmuş Rocer Stoun Kuşnerin ona pis məsləhətlər verməsi ilə bağlı səsləndirdiyi fikirlərlə razılaşıb.

“RİA-Novosti”nin xəbərinə görə, Ağ Ev bu məsələlərlə bağlı hər hansı mövqe bildirməyib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ