SON DƏQİQƏ
» » Dağıstanın yeni başçısı: “Milliyyətim üstünlüyümdür”

Dağıstanın yeni başçısı: “Milliyyətim üstünlüyümdür”

Tarix:

8-10-2017, 08:56

/ 973 dəfə oxundu.
Dağıstanın yeni başçısı: “Milliyyətim üstünlüyümdür”

Dağıstan Respublikasının başçısı vəzifələrini müvəqqəti icra edən Vladimir Vasilyev bildirib ki, onun yeni vəzifədə milliyyəti kimi bir üstünlüyü var. Virtualaz.org xəbər verir ki, bu barədə o, “Rossiya 24” telekanalında nümayiş etdirilmiş regional parlamentdəki çıxışında deyib.

“Mənim üstünlüyüm var ki, heç bir halda Dağıstanın heç bir millətinə aid deyiləm”, - o qeyd edib.

Vasilyev bildirib ki, onun atası qazax, anası isə rusdur.

“Bu milliyyət amilində, fikrimcə, böyük ehtiyata malikik. Əgər biz səliqə ilə, heç kimi küsdürmədən, ənənələrə hörmətlə yanaşaraq, milli kvotaya uyğun olmadan, istedada, qabiliyyətə görə seçim etsək”, - respublika başçısının vəzifələrini müvəqqəti icra edən söyləyib.

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ