Rusiya prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olub. "RİA Novosti”yə istinadən xəbər verilir ki, prezidentlər telefon danışığı zamanı Suriyadakı vəziyyəti müzakirə ediblər.
"Söhbət zamanı tərəflər Astanada Suriya üzrə planlaşdırılan danışıqlar çərçivəsində bu ölkədə nizamlanma prosesinin əsas aspektlərini müzakirə ediblər”, məlumatda deyilir.
Dövlət başçıları yaxın gələcəkdəki təmasları barədə razılığa gəliblər.