SON DƏQİQƏ

Ağ Ev: “Qaz inqilabı” dövrü başlayır

Tarix:

28-06-2017, 15:45

/ 2 832 dəfə oxundu.
Ağ Ev: “Qaz inqilabı” dövrü başlayır

ABŞ 2020-ci ilə qədər sıxılmış təbii qaz ixracatçısı olaraq qlobal bazara daxil olmaq niyyətindədir. 
Bu barədə məlumat "Ağ Ev”in saytında yer alıb. 
Məlumata görə, 2016-cı ildən 2040-cı ilə qədər ABŞ təbii qazının satışından federal büdcənin gəlirlərini 118 mlrd. dollara qədər artıra bilər.
"ABŞ-ın "qaz inqilabı” sıxılmış təbii qaz ixracatçısı kimi ölkəmizin qlobal oyunçuya çevrilməsinə gətirib çıxaracaq”, - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, 1953-cü ildən indiyədək ABŞ təbii qazın xalis idxalçısı olub.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bu ilin aprelin 28-də sələfi Barak Obamanın şelfdə şelfində mineral ehtiyatların hasilatının, Atlantik, Sakit okeanlarında və Meksika körfəzində neft və qaz hasilatı genişləndirilməsinin məhdudlaşdırılması ilə bağlı fərmanını ləğv edib. Sənəd təxminən 7 mln. kvadrat kilometr ərazidə hasilat işlərinə başlamağa icazə verir. Bu ərazilərdə 90 mlrd. barrel neft və 9 trln. kubmetr qaz ehtiyatının olduğu güman edilir.  

GUNAZ.az

скачать dle 12.1

Şərhlər