Rusiyanın neft hasilatı yanvar ayında keçən ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz, qaz hasilatı isə 7,1 faiz artıb. Bu ilin yanvar ayında ölkədə neft hasilatı keçən ilin eyni ayına nisbətən 2,4 faiz artaraq 46,1 milyon tona yüksəlib. Rusiyanın qaz hasilatı da hesabat dövründə 7,1 faiz artaraq 58,9 milyard kubmetrə çatıb. Neft məhsulları istehsalı isə bu ilin yanvar ayında keçən ilin eyni ayına görə 2,6 faiz artaraq 23,9 milyon ton təşkil edib. Qeyd edək ki, Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) ilə əldə olunan razılığa görə gündəlik neft hasilatını 300 min barrel azaltmağı öhdəlik götürən Rusiya yanvar ayında sutkalıq istehsalını 120 min barrel azaltmışdı. Rusiyanın neft və qaz ixracı üzrə gəlirləri isə ötən il 2015-ci illə müqayisədə 17,7 faiz azalaraq 73,6 milyard dollar olub.