SON DƏQİQƏ

Fransa hökuməti istefaya göndərildi

Tarix:

19-06-2017, 23:24

/ 1 932 dəfə oxundu.
Fransa hökuməti istefaya göndərildi

Fransa hökuməti ötən gün keçirilmiş parlament seçkilərinin nəticələrinə görə istefaya gedib.

GUNAZ.az xəbər verir ki, bu barədə Yelisey sarayının yaydığı açıqlamada bildirilir.

Prezident Emmanuel Makron hökumətin istefasını qəbul edib. Fransada parlament seçkilərindən sonra hökumətin istefası qanunvericilikdə nəzərdə tutulmayan siyasi ənənədir.
Prezident Makronun "İrəli, Respublika” hərəkatının inamlı qələbəsini nəzərə alaraq yeni hökumətin yaxın günlərdə minimal yerdəyişmələrlə yenidən qurulması gözlənilir.


скачать dle 12.1

Şərhlər