SON DƏQİQƏ

Yəməndə yardım karvanı məhv edildi

Tarix:

16-06-2017, 15:54

/ 4 620 dəfə oxundu.
Yəməndə yardım karvanı məhv edildi

Səudiyyə Ərəbistanının Yəmənə göndərdiyi yardım karvanına hücum edilib.
Yəmənin Xəbər Agentliyi SABA-ya istinadla xəbər verilir ki, karvana hücum Marib və Səna yaxınlığındakı Nihm rayonunda yükləri boşaldan zaman baş verib. Anbarda yerləşdirilən bombanın partlaması nəticəsində yanan yük avtomobillərində qida və geyimlər yararsız hala düşüb. İnsan ölümü baş verməyib. Hazırda Yəmən hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.
Rəsmi Səna bəyan edib ki, bu hücumda əsas məqsəd Yəmən xalqına edilən humanitar yardımların qarşısını almaqdır.
Xatırladaq ki, hazırda Yəməndə Husilər və onlara dəstək verən sabiq prezidenti Abdulla Salehin tərəfdarları ilə qanuni hökumət qüvvələri arasında qarşıdurmalar davam edir.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ