Rusiyanın Volqoqrad şəhərində yaşayış binasında partlayış olub, 2 nəfər ölüb, 5 nəfər yaralanıb. Report-un xəbərinə görə, bu haqda Rusiya Fövqəladə Hallar Nazirliyinin yerli idarəsi məlumat yayıb. İnformasiyaya əsasən, partlayış qaz sızması nəticəsində baş verib.
Hadisə nəticəsində 16 mənzil, o cümlədən binanın girişi dağılıb.