Rusiyada bina partladı: Ölən və yaralanan var

Rusiyada bina partladı: Ölən və yaralanan var
Rusiyanın Volqoqrad şəhərində yaşayış binasında partlayış olub, 2 nəfər ölüb, 5 nəfər yaralanıb.
Report-un xəbərinə görə, bu haqda Rusiya Fövqəladə Hallar Nazirliyinin yerli idarəsi məlumat yayıb.
İnformasiyaya əsasən, partlayış qaz sızması nəticəsində baş verib.
Hadisə nəticəsində 16 mənzil, o cümlədən binanın girişi dağılıb.

GUNAZ.az

скачать dle 12.1
Geri qayıt