Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ prezidenti Donald Trampın PKK-nın Suriya qolu olan YPG-yə ağır silah yardımını dəstəkləyən qanun layihəsinə sərt reaksiya verib. "Sözcü”yə istinadən xəbər verilir ki, YPG-nin də, PKK-nın da terror təşkilatı olduğunu deyən nazir, YPG-yə verilən hər bir silahın Türkiyəyə yönələn təhdid olduğunu bildirib.
Mövlud Çavuşoğlu, rəsmi Vaşinqtonun Türkiyənin YPG-yə münasibətini bildiyini deyərək: "Suriyada səhv addım atmayın” - xəbərdarlığını etdi.