Türkiyədən ABŞ-a sərt reaksiya

Türkiyədən ABŞ-a sərt reaksiya
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ prezidenti Donald Trampın PKK-nın Suriya qolu olan YPG-yə ağır silah yardımını dəstəkləyən qanun layihəsinə sərt reaksiya verib.
"Sözcü”yə istinadən xəbər verilir ki, YPG-nin də, PKK-nın da terror təşkilatı olduğunu deyən nazir, YPG-yə verilən hər bir silahın Türkiyəyə yönələn təhdid olduğunu bildirib.
Mövlud Çavuşoğlu, rəsmi Vaşinqtonun Türkiyənin YPG-yə münasibətini bildiyini deyərək: "Suriyada səhv addım atmayın” - xəbərdarlığını etdi.

GUNAZ.az

скачать dle 12.1
Geri qayıt