Somalidə "Aş-Şabab" terror qruplaşmasının lideri və 3 üzvü məhv edilib. CNN-ə istinadən xəbər verilir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. "Mayın 5-i Somali Milli Ordusu "Aş-Şabab"ın lideri Moalim Osman Əbdi Badili və 3 silahlını məhv edib", - nazirliyin məlumatında deyilir.