SON DƏQİQƏ

Somalidə terror: 35 ölü

Tarix:

19-02-2017, 19:45

/ 2 793 dəfə oxundu.
Somalidə terror: 35 ölü

Bu gün Somalinin paytaxtı Moqadişoda törədilən partlayışda ən azı 35 nəfər ölüb, 40 nəfər yaralanıb.
Gunaz.az xəbər verir ki, APA-nın "Deutsche Presse” agentliyinə istinadən verdiyi məlumata görə, ölənlər arasında ən azı 10 qadın, o cümlədən uşaqlar var.
Şəhər dairəsinin rəhbəri Əhməd Afraks partlayışın bomba yüklü yük maşını ilə törədildiyini bildirib. Hələ ki, heç bir terror qruplaşması terror aktına görə məsuliyyəti öz üzərinə götürməyib.
Qeyd edək ki, Somalidə "Əl-Qaidə” terror təşkilatı ilə sıx əlaqədə olan "Aş-Şabab” radikal qruplaşması fəaliyyət göstərir. "Aş-Şabab” hökumətlə silahlı mübarizə aparır və BMT-nin humanitar fəaliyyətinə mane olur. 
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ