"Moskva Suriyada yalnız öz maraqlarını müdafiə edir"
Tarix:
1-05-2017, 15:55
/ 4 152 dəfə oxundu.
Rusiya Əsədin hakimiyyətdən uzaqlaşdırılmasından böyük fayda götürmək üçün vaxt udmağa çalışır. Bunu CNN-ə açıqlamasında livanlı siyasi analitik Cerri Maher söyləyib. O, Əsəddən imtinanın yalnız Qətərdən Avropaya çəkilməsi planlaşdırılan qaz kəməri layihəsinin ləğvindən sonra baş tuta biləcəyini söyləyib:
"Moskva Qətərdən Avropaya gedən qaz kəməri layihəsinin ləğvi ilə yanaşı, özünün hərbi bazalarının Yaxın Şərqdə yerləşdirilməsinə zəmanət aldıqdan sonra Əsədin hakimiyyətdən getmə prosesini sürətləndirəcək. Rusiya bu kəməri öz milli təhlükəsizliyi üçün təhdid sayır. Rusiya Suriyada, ümumiyyətlə, maraqlı deyil. Suriya yalnız hərbi-dəniz və hərbi hava bazalarının yerləşdirilməsi üçün yaxşı yerdir. Rusiya Suriyada nə Əsədi, nə də hansısa sistemi qoruyur. Moskva Suriyada yalnız öz maraqlarını müdafiə edir. Kreml özünə sərf edəni götürüb, tezliklə, Əsəd, Hizbullah və İrandan canını qurtarmaq istəyir”.