SON DƏQİQƏ
» » Suriyada vəziyyət gərginləşir - Moskva cavab tədbirləri görəcək

Suriyada vəziyyət gərginləşir - Moskva cavab tədbirləri görəcək

Tarix:

7-04-2017, 16:24

/ 1 747 dəfə oxundu.
Suriyada vəziyyət gərginləşir - Moskva cavab tədbirləri görəcək

ABŞ-ın Aralıq dənizi akvatoriyasında dislokasiya olunmuş "Ross” və "Porter” esmineslərindən Suriyanın "Şayrat” hərbi bazasına endirilən "Tomahawk” tipli 59 qanadlı raketdən yalnız 23-ü bazaya düşüb.
 "TASS”-a istinadən xəbər verilir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib. Onun sözlərinə görə, digər raketlərin hara düşdüyü məlum deyil. 
O, qeyd edib ki, nəticədə Suriyanın 6 ədəd "MiQ-23" təyyarəsi məhv edilib, radiolokasiya stansiyası dağıdılıb: "Bütün bunlara baxmayaraq Suriyanın Hava Hücumundan Müdafiə sistemi gücləndiriləcək”.
General bildirib ki, ABŞ-ın Suriyanın "Şayrat” hərbi bazasına endirdiyi avizərbələrdən sonra "Əl-Qaidə” ilə əlaqəsi olan "Cəbhət əl-Nusra” qrupu Homs şəhərinə iri miqyaslı hücum ediblər: "Ümid edirik ki, bu hərəkətlər Amerika tərəfi ilə razılaşdırılmış xarakter daşımır”.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ