Yəmənin qərbindəki Taiz mahalında baş verən qarşıdurmalar zamanı 10 nəfər ölüb, 21 nəfər yaralanıb. Husilərlə devrilmiş lider Əli Abdullah Salehin tərəfdarlarının Taizin şimalına təşkil etdikləri artilleriya hücumu zamanı 1 nəfərin öldüyü, 8 nəfərin yaralandığı deyilir.
Səudiyyə Ərəbistanının başçılığı altında hücuma keçən koalisiya qüvvələrinin husi və Saleh tərəfdarlarının mövqelərinə hava zərbələri endirməsi nəticəsində isə 14 nəfər yaralanıb, ölənlərin sayı 9-a çatıb.
Hava hücumunda müxalif qüvvələrə məxsus 4 nəqliyyat vasitəsi məhv edilib.