Yəməndə qanlı olay: 10 ölü, 21 yaralı

Yəməndə qanlı olay: 10 ölü, 21 yaralı

Yəmənin qərbindəki Taiz mahalında baş verən qarşıdurmalar zamanı 10 nəfər ölüb, 21 nəfər yaralanıb.
Husilərlə devrilmiş lider Əli Abdullah Salehin tərəfdarlarının Taizin şimalına təşkil etdikləri artilleriya hücumu zamanı 1 nəfərin öldüyü, 8 nəfərin yaralandığı deyilir.
Səudiyyə Ərəbistanının başçılığı altında hücuma keçən koalisiya qüvvələrinin husi və Saleh tərəfdarlarının mövqelərinə hava zərbələri endirməsi nəticəsində isə 14 nəfər yaralanıb, ölənlərin sayı 9-a çatıb.
Hava hücumunda müxalif qüvvələrə məxsus 4 nəqliyyat vasitəsi məhv edilib.

GUNAZ.az

скачать dle 12.1
Geri qayıt