SON DƏQİQƏ
» » Britaniya SEPAH-ı terror təşkilatları siyahısına salır

Britaniya SEPAH-ı terror təşkilatları siyahısına salır

Tarix:

25-04-2026, 08:17

/ 3 862 dəfə oxundu.
Britaniya SEPAH-ı terror təşkilatları siyahısına salır

Böyük Britaniya hökuməti İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qadağan olunmuş təşkilatlar siyahısına daxil edilməsi üçün qanun layihəsi hazırlayır.
GunAz.az xəbər verir ki, bunu ölkənin Baş naziri Kir Starmer bildirib.
Onun sözlərinə görə, hökumət bu istiqamətdə hüquqi mexanizmlərin yaradılmasını zəruri hesab edir və qanun layihəsi parlamentə ən qısa müddətdə təqdim olunacaq.
“Zərərli dövlət aktorları və təşkilatların qadağan olunması məsələsində bizə konkret addımlar atmağa imkan verən qanun lazımdır. Bu layihəni mümkün qədər tez təqdim edəcəyik”, - deyə Starmer qeyd edib.
Qeyd edək ki, daha əvvəl Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas Aİ ölkələrinin SEPAH-ı terror təşkilatı kimi tanımaq istiqamətində mühüm addım atdıqlarını açıqlayıb. Bu qərardan sonra İran tərəfi də qarşılıqlı olaraq Aİ ölkələrinin silahlı qüvvələrini terror strukturları kimi tanıyıb.
скачать dle 12.1

Şərhlər