SON DƏQİQƏ

İrana qarşı yeni sanksiya paketi hazırlanır

Tarix:

23-01-2023, 14:15

/ 2 924 dəfə oxundu.
İrana qarşı yeni sanksiya paketi hazırlanır

Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri İrana qarşı dördüncü sanksiyalar paketini müzakirə edirlər.

Bunu Lüksemburqun xarici işlər naziri Jan Asselborn bildirib.

Asselborn qeyd edib ki, sanksiya siyahısına 50-dən çox fiziki və bir neçə hüquqi şəxs daxil ola bilər, xüsusən də İran Silahlı Qüvvələrinin elit bölmələrinin - İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvləri də qara siyahıda olacaq.

Bundan əvvəl Asselborn iddia edib ki, Avropa İttifaqı alyans ölkələrindən ən azı birinin məhkəməsi, SEPAH-ın Avropa ərazisində terror aktı törətdiyini müəyyən edənə qədər onu terror təşkilatları siyahısına daxil edə bilməz.

 

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen artıq SEPAH-ın terror təşkilatları siyahısına daxil edilməsini dəstəkləyib.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Avropa Parlamentinin müvafiq qətnaməni təsdiqləməsinə münasibət bildirərkən deyib ki, Avropada hisslər ağıldan üstündür. İran parlamenti də öz növbəsində Aİ-ni alyansa üzv ölkələrin ordularının terrorçu kimi tanınması haqqında qanunun hazırlanması ilə hədələyib.

Qeyd edək ki, SEPAH ABŞ-da terror təşkilatı kimi tanınır

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ