SON DƏQİQƏ

Rusiya neftinə qadağa ləğv olundu

Tarix:

22-04-2026, 16:43

/ 2 441 dəfə oxundu.
Rusiya neftinə qadağa ləğv olundu

Avropa Komissiyası Rusiya neftinin daşınmasına qoyulan qadağanı 20-ci sanksiya paketindən çıxarıb.
GunAz.az xəbər verir ki, bu barədə TASS Brüsseldəki diplomatik mənbəyə istinadla məlumat yayıb.
Məlumata görə, Avropa Komissiyası AB ölkələrinə təcili olaraq bu paketi qısaldılmış formada qəbul etməyi təklif edib:
“Bu məsələ Brüsseldə keçirilən 27 AB ölkəsinin Daimi Nümayəndələr Komitəsinin iclasında müzakirə olunub. İclasda həmçinin Ukrayna üçün 90 milyard avro ayrılması da nəzərdən keçiriləcək”.
скачать dle 12.1

Şərhlər