SON DƏQİQƏ
» » Rusiyaya qarşı ağır sanksiyalar TƏKLİF EDİLDİ

Rusiyaya qarşı ağır sanksiyalar TƏKLİF EDİLDİ

Tarix:

19-09-2025, 16:49

/ 2 754 dəfə oxundu.
Rusiyaya qarşı ağır sanksiyalar TƏKLİF EDİLDİ

Avropa Komissiyası 19-cu sanksiyalar paketində Aİ banklarına, o cümlədən Rusiya və xarici banklara sanksiya tətbiq etməyi təklif edib.
GunAz.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula von der Leyenin bildirib.
Onun sözlərinə görə, yeni sanksiya paketində aşağıdakı məqamların yer alması təklif edilib:
▪️ Aİ Rusiya neftini daşımaqda şübhəli bilinən daha 118 gəmiyə qarşı sanksiyalar tətbiq etsin;
▪️ Kriptovalyuta platformalarına qarşı tədbir görülsün;
▪️ "Rosneft" və "Qazpromneft" ilə əməliyyatlara tam qadağa tətbiq edilsin;
▪️ Ukraynaya kreditləri təmin etmək üçün Rusiyanın dondurulmuş aktivlərindən istifadə edilsin;
▪️ Rusiya və digər ölkələrin 45 şirkətinə qarşı sanksiyalar tətbiq edilsin;
▪️ Rusiya neftinin qiymət tavanını bir barel üçün 47,6 dollara endirilsin;
▪️ Rusiyanın “Mir” ödəniş sisteminə qarşı məhdudlaşdırıcı tədbirlər görülsün.
скачать dle 12.1

Şərhlər