SON DƏQİQƏ

Rusiyanın iki gəmisi məhv edildi

Tarix:

20-04-2026, 11:28

/ 2 698 dəfə oxundu.
Rusiyanın iki  gəmisi məhv edildi

Ukrayna ordusu aprelin 19-da Krımda Rusiya Qara dəniz donanmasına məxsus desant gəmilərinə zərbələr endirib.
GunAz.az xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
“Aprelin 19-da Ukrayna Baş Kəşfiyyat İdarəsinin "Kabuslar" xüsusi təyinatlı dəstəsi Krımda Rusiyanın “Yamal” və “Nikolay Filçenkov” adlı iki böyük desant gəmisinə hücum edib. Nəticədə hər iki gəmi sıradan çıxarılıb”, - məlumatda qeyd olunub.
Zərbələr zamanı hər iki gəmi Sevastopol buxtasında olub.
Gəmilərin qiymətinin ümumilikdə 150 milyon dollar olduğu bildirilib.
скачать dle 12.1

Şərhlər