SON DƏQİQƏ

Ukrayna ordusu rus gəmisini bombaladı

Tarix:

4-08-2023, 12:30

/ 1 603 dəfə oxundu.
Ukrayna ordusu rus gəmisini bombaladı

Rusiyanın Qara dəniz sahilindəki Novorossiysk limanında partlayışlar baş verib.

Ukrayna ordusu Rusiya ərazisindəki hərbi gəmiyə hücum edib. Hücum zamanı Rusiyanın "Olenegorski Gornjak" desant gəmisi hədəfə alınıb. Gəmidə fəsadlar baş verib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna tərəfi hücumu iki pilotsuz dəniz vasitəsi ilə təşkil edib.

Açıqlamada dəniz vasitələrinin Rusiya gəmiləri tərəfindən aşkar edilərək məhv edildiyi bildirilib. Rusiya həmçinin Krım üzərində Ukraynaya məxsus 10 PUA-nı vurduğunu açıqlayıb.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ