SON DƏQİQƏ
» » Qara dəniz sahillərində mina həyəcanı - Türkiyədən XƏBƏRDARLIQ

Qara dəniz sahillərində mina həyəcanı - Türkiyədən XƏBƏRDARLIQ

Tarix:

22-03-2022, 21:19

/ 1 385 dəfə oxundu.
Qara dəniz sahillərində mina həyəcanı - Türkiyədən XƏBƏRDARLIQ

Ukraynanın Odessa sahillərində Rusiya hərbi gəmilərinə qarşı yerləşdirdiyi iddia edilən minalar Qara dənizdə fırtına nəticəsində lövbərlərindən uzaqlaşaraq Türkiyə sahilləri üçün də təhlükə yaradıb.

GunAz.az xəbər verir ki, Türkiyə Hərbi Dəniz Qüvvələri gəmiləri xəbərdar edərək və sürüklənən minalara qarşı diqqətli olmağı xahiş edərək NAVTEX (dənizçilərə xəbərdarlıq) yayımlayıb.

 

Rusiya Sovet İttifaqı zamanından qalan "YM” və "YRM” tipli minaların Qərbi Qara dəniz regionunda intensiv ticarət dəniz yollarında olduğunu bildirərək rəsmi Kiyevi bunda ittiham edib. Digər tərəfdən, Ukrayna tərəfi Rusiyanın Qara dəniz sularında bütün ticarətin qarşısını almaq üçün mina tələsi qurduğunu iddia edib.

Kiyev administrasiyasının bildirdiyinə görə, Rusiya tərəfi Qərbi Qara dəniz akvatoriyasına yüzlərlə mina yerləşdirməklə günahı Ukraynanın üzərinə yıxmaq niyyətindədir. Unikal.org


скачать dle 12.1

Şərhlər