SON DƏQİQƏ
» » Moskva dəmiryolunun Mehri hissəsini MƏNİMSƏMƏK İSTƏYİR

Moskva dəmiryolunun Mehri hissəsini MƏNİMSƏMƏK İSTƏYİR

Tarix:

17-12-2025, 12:39

/ 3 967 dəfə oxundu.
Moskva dəmiryolunun Mehri hissəsini MƏNİMSƏMƏK İSTƏYİR

Rəsmi Moskvanın birdən yadına düşüb ki, dəmir yolunun Mehri hissəsi Rusiya Dəmir Yollarının mülkiyyətidir.
GunAz.az xəbər verir ki, bunu Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
“Həm Ermənistan, həm də Rusiya tərəflərinə xatırlatmaq istəyirəm ki, bu dəmir yolu Azərbaycan SSR-in və onun varisi olan Azərbaycan Respublikasının mülkiyyətidir! Mülkiyyət hüquqlarımız Almatı Bəyannaməsinin əlavələri ilə təmin edilir və qanunsuz olaraq ələ keçirilmiş əmlakımız Rusiya tərəfindən özəlləşdirilə bilməz”, - o bildirib.
скачать dle 12.1

Şərhlər