SON DƏQİQƏ

Paşinyandan Azərbaycan açıqlaması

Tarix:

24-11-2022, 13:43

/ 2 003 dəfə oxundu.
Paşinyandan Azərbaycan açıqlaması

Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar zamanı Azərbaycanla Ermənsitan arasında dəmir yolunun bərpası ideyası müzakirə olunub. Putin dəmir yolunun bərpası ideyasını dəstəkləyib.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

"Rusiya prezidenti ilə danışıqlar zamanı müəyyən siqnallar aldıq. Bu o deməkdir ki, bizim dəmir yolunun bərpası ilə bağlı işə qayıtmağımız üçün əhəmiyyətli və ciddi imkan ola bilər. Söhbət Horadiz-Mehri-Ordubad-Arazdəyən yolundan gedir”, - Paşinyan bildirib.

Erməni baş nazir beynəlxalq tərəfdaşların bu layihəyə böyük maraq göstərəcəyinə ümid etdiyini deyib.

Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının noyabrın 23-də İrəvanda keçriilən sammiti çərçivəsində V. Putinlə N.Paşinyan arasında ikitərəfli görüş olub

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ