SON DƏQİQƏ
» » Paşinyan açıqladı: Biz Bakı ilə buna hazırıq

Paşinyan açıqladı: Biz Bakı ilə buna hazırıq

Tarix:

9-02-2022, 19:00

/ 2 317 dəfə oxundu.
Paşinyan açıqladı: Biz Bakı ilə buna hazırıq

Ermənistan Azərbaycanla təkcə dəmir yolu deyil, həm də avtomobil əlaqəsini açmağa hazırdır".

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı bildirib.

"Brüssel və Soçi görüşlərindən sonra biz yol marşrutlarının tikintisi və bərpası ilə bağlı təkliflər hazırlayıb Azərbaycan, Rusiya və beynəlxalq tərəfdaşlara təqdim etmişik və Azərbaycandan müsbət cavab aldıqdan sonra biz bu prosesi həyata keçirməyə hazırıq”, - Paşinyan deyib.

Hökumət başçısı qeyd edib ki, dəmir yolu ölkələrin qanunları və suverenliyi çərçivəsində beynəlxalq qaydalara uyğun fəaliyyət göstərməli, dəmir yollarının birləşdirilməsi üçün parametrlərin razılaşdırılması zəruridir.

"Əslində, bu, beynəlxalq yükdaşıma vasitəsinə çevriləcək və ona görə də sənədin mümkün qədər tez bir zamanda imzalanması gərəkdir, - Paşinyan vurğulayıb

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ