Biz Azərbaycana sülh sazişi imzalamağı təklif etmişik və edirik də.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
"Bildirmişik ki, ATƏT-in Minsk Qrupunun bütün fəaliyyəti sülh sazişinin imzalanmasına yönəlib. Tammiqyaslı danışıqlar prosesinin bərpasından danışırıq və bu prosesə cəlb olunmuşuqsa, deməli, məqsədimiz də sülh sazişini imzalamaqdır”, - Paşinyan qeyd edib.