
ABŞ prezidenti Donald Tramp XX əsrin ortalarından bəri Ağ Evdə ən böyük tikinti işlərini planlaşdırır.
GunAz.az musavat-a istinadən xəbər verir ki, bu barədə NBC məlumat yayıb.
Prezidentin NBC-yə verdiyi açıqlamada bildirilir ki, bu dəyişiklik Ağ Evə sığmayan tədbirlər üçün çadırların qurulması zərurətini aradan qaldıracaq.
Tikinti işlərinə sentyabrda başlanacaq və prezidentlik müddəti başa çatmadan tamamlanması planlaşdırılır.
Layihə Trampın şəxsi vəsaiti və özəl ianələr hesabına maliyyələşdiriləcək.






























