SON DƏQİQƏ
» » Türkiyə universitetlərində çalışmaq istəyənlərə pis xəbər

Türkiyə universitetlərində çalışmaq istəyənlərə pis xəbər

Tarix:

10-06-2025, 09:15

/ 3 279 dəfə oxundu.
Türkiyə universitetlərində çalışmaq istəyənlərə pis xəbər

Türkiyənin ali təhsil müəssisələrində müqavilə əsasında çalışan xarici vətəndaşların sayı məhdudlaşdırılacaq.
GunAz.az Publika.az-a istinadən xəbər verir ki, müqavilə əsasında çalışan xarici vətəndaşların sayının mövcud işçi heyətinin cəmi 2 faizi səviyyəsində olmasına icazə veriləcək.
Bu barədə müvafiq qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin (parlamentin) plenar iclasının gündəliyinə daxil edilib.
Türkiyə Ali Təhsil Şurasının (YÖK) məlumatına görə, 2023–2024-cü tədris ilində ölkə universitetlərində müqavilə əsasında 3 minədək xarici mütəxəssis çalışıb. Onların əksəriyyətini İran, Azərbaycan, ABŞ və Suriya vətəndaşları təşkil edib. Türkiyənin ali məktəblərində çalışan azərbaycanlı mütəxəssislərin sayı 235 nəfər olub. Onlardan 39-u professor, 13-ü isə dosent elmi adını daşıyır.

скачать dle 12.1

Şərhlər