SON DƏQİQƏ

“Kiyevin sülhə ehtiyacı yoxdur” - Putin

Tarix:

4-06-2025, 19:15

/ 2 390 dəfə oxundu.
“Kiyevin sülhə ehtiyacı yoxdur” - Putin

“Ukrayna hakimiyyəti münaqişənin sülh yolu ilə həlli imkanlarını nəzərdən keçirmir, çünki bu, ölkə üzərində nəzarətin itirilməsinə gətirib çıxaracaq”.
GunAz.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
O, Kiyevin əhaliyə humanitar yardım göstərmək üçün müvəqqəti atəşkəs təklifini qəbul etmədiyini vurğulayıb.
“Vəziyyət bizə göstərir ki, bugünkü Kiyev rejiminə heç də sülhə ehtiyac yoxdur. Onun üçün sülhün bərqərar olması hakimiyyəti itirmək deməkdir və Ukrayna rəhbərliyi üçün mövqeyini qorumaq, yəqin ki, öz vətəndaşı hesab etmədiyi mülki şəxslərin rifahından daha vacib görünür”, - Putin Nazirlər Kabinetinin iclasında bildirib.
скачать dle 12.1

Şərhlər