SON DƏQİQƏ
» » Ukraynanın itkiləri bizimkindən 8 dəfə çoxdur - Putin

Ukraynanın itkiləri bizimkindən 8 dəfə çoxdur - Putin

Tarix:

16-10-2023, 09:47

/ 1 574 dəfə oxundu.
Ukraynanın itkiləri bizimkindən 8 dəfə çoxdur - Putin

Ukraynanın itkiləri bizimkindən 8 dəfə çoxdur.

Bunu Rusiya Prezidenti Vladimir Putin Çin KİV-inə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ukrayna əks-hücum zamanı ciddi itkilər verir:

“Əks-hücum əməliyyatları iyunun 4-dən davam edir. İndiyə qədər heç bir nəticə yoxdur, yalnız böyük itkilər var”.

V.Putin həmçinin hazırda davam edən döyüşlərin məqsədi barədə də danışıb:

"Bu, müharibəyə son qoymaq cəhdidir. Məqsədimiz müharibə aparmaq deyil, 2014-cü ildən davam edən savaşa son qoymaqdır. Biz ötən müddət ərzində müharibənin sülh yolu ilə həlli üçün hər şeyi etmişik”.

Qeyd edək ki, V.Putin daha əvvəl Ukraynanın əks-hücumunun tamamilə iflasa uğradığını söyləmişdi.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyunundan əks-hücum əməliyyatları keçirir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ