SON DƏQİQƏ

“Traktor”a görə 200 məhbus azad edildi

Tarix:

16-05-2025, 14:19

/ 3 325 dəfə oxundu.
“Traktor”a görə 200 məhbus azad edildi

Təbrizin “Traktor” komandasının çempionluğu münasibətilə Təbriz, Zəncan, Urmiya və Ərdəbil şəhərlərinin həbsxanalarında saxlanılan 200 məhbus sərbəst buraxılıb.
GunAz.az xəbər verir ki, bu barədə Təbrizin “Azərəncümən” nəşri məlumat yayıb.
Məlumata görə, ağır cinayətlər törətməyən və əsasən maddi problemlərə görə məhkum edilən məhbuslar, adı çəkilən şəhərlərin Ticarət Palatalarının başçılarının təşəbbüsü və azərbaycanlı xeyriyyəçilərin maliyyə dəstəyi ilə azad ediliblər.
“Traktor” klubu bununla bağlı yaydığı bəyanatda azərbaycanlı xeyriyyəçilərə təşəkkür edib, bunu nümunəvi hərəkət adlandırıb.

скачать dle 12.1

Şərhlər