SON DƏQİQƏ
» » Küveytdə qadınların könüllü hərbi xidmətə qəbulu başlanır

Küveytdə qadınların könüllü hərbi xidmətə qəbulu başlanır

Tarix:

3-05-2025, 17:19

/ 3 460 dəfə oxundu.
Küveytdə qadınların könüllü hərbi xidmətə qəbulu başlanır

Küveyt ordusunun Baş Qərargahı qadınların hərbi xidmətə könüllü olaraq qoşulmaları üçün qeydiyyat prosesini mayın 4-də açıq elan edir.
Bu məqsədlə Müdafiə Nazirliyinin rəsmi saytında xüsusi link yerləşdirilib.
Qeydiyyat prosesi üç gün davam edəcək.
Könüllü hərbi xidmət proqramı orta məktəb şəhadətnaməsi olanlara şamil edilir. 3 ay davam edəcək proqramı uğurla başa vuranlara münasib rütbələr veriləcək. Təlimlər yalnız səhər saatlarında keçiriləcək və iştirakçılar hərbi düşərgələrdə gecələməyəcəklər.
скачать dle 12.1

Şərhlər