SON DƏQİQƏ

“Skype” bu tarixdən bağlanır

Tarix:

3-05-2025, 09:14

/ 3 491 dəfə oxundu.
“Skype” bu tarixdən bağlanır

“Microsoft” şirkəti mayın 5-dən “Skype” messencer və videokonfrans xidmətinin fəaliyyətini dayandıracaq.
GunAz.az xəbər verir ki, bu barədə şirkətin məlumatında qeyd olunub.
Xatırladaq ki, “XDA Developers” portalı bu daha öncə “Skype”ın bağlanacağı haqda məlumat yayımışdı.
Qeyd edək ki, “Skype” 2003-cü ildə isveçli İT sahibkar Niklas Zennström və danimarkalı biznes tərəfdaşı Janus Fri tərəfindən təsis edilib. 2011-ci ildə “Microsoft” tərəfindən alındıqdan sonra “Skype” tamamilə “Azure” platformasına keçdi. 2017-ci ildə isə “Microsoft” “Skype” texnologiyasına əsaslanan “Teams”i istifadəyə verdi.
скачать dle 12.1

Şərhlər