
Ötən gün Tehran şəhərində güclü külək nəticəsində 2 nəfər ölüb, 41 nəfər yaralanıb.
Bu barədə Tehran Təcili Yardım Mərkəzi məlumat yayıb.
Ölənlərdən birinin 15 yaşlı yeniyetmə, digərinin isə 60 yaşlı qadın olduğu bildirilib.
Yaralılardan 12-si Təcili Yardım Mərkəzində, 29-u isə şəhər xəstəxanalarına yerləşdirilib.