SON DƏQİQƏ
» » İstanbul zəlzələsində mindən çox binaya zərər dəydi

İstanbul zəlzələsində mindən çox binaya zərər dəydi

Tarix:

28-04-2025, 09:58

/ 3 508 dəfə oxundu.
İstanbul zəlzələsində mindən çox binaya zərər dəydi

Türkiyənin İstanbul şəhərində baş verən silsilə zəlzələlərdən sonra mindən çox bina zədələnib.
GunAz.az axar.az-a istinadən bildirir ki, bunu Türkiyənin şəhərsalma və ətraf mühit naziri Murat Kurum X sosial şəbəkəsində bildirib.
“Zərərin qiymətləndirilməsinin nəticələrinə görə, İstanbulun 39 rayonunda 15 013 binaya baxış keçirilib, onlardan 1025-nə cüzi ziyan dəyib, 12300-dən çoxuna ziyan dəyməyib”, – Kurum qeyd edib.
Nazir vurğulayıb ki, dəymiş ziyanın hesablanması davam edir.
Qeyd edək ki, bundan öncə nazir zəlzələdə 437 binaya zərər dəydiyini açıqlamışdı.
скачать dle 12.1

Şərhlər