SON DƏQİQƏ
» » “Silah gəzdirmək xalqımızın təbii haqqıdır”

“Silah gəzdirmək xalqımızın təbii haqqıdır”

Tarix:

18-04-2025, 09:04

/ 3 329 dəfə oxundu.
“Silah gəzdirmək xalqımızın təbii haqqıdır”

Fələstinin Qəzza zolağındakı HƏMAS hərəkatının lideri Xəlil əl-Həyya radikalların tərksilah edilməsinə qəti şəkildə qarşı çıxıb.
GunAz.az xəbər verir ki, onun videomüraciəti “Al Jazeera” telekanalı tərəfindən yayımlanıb.
“HƏMAS-ın və onun silahlarının mövcudluğu birbaşa işğalla bağlıdır. Silah gəzdirmək xalqımızın nümayəndələrinin təbii haqqıdır”, - əl-Həyya deyib.
O həmçinin bildirib ki, İsrailin son təklifində məqbul olmayan şərtlər var.
Xəlil əl-Həyya qeyd edib ki, Fələstinin HƏMAS hərəkatı vasitəçilərin martın sonunda irəli sürdükləri Qəzza zolağında atəşkəs təklifi ilə razılaşıb, İsrail isə şərtlərdən imtina edib.
скачать dle 12.1

Şərhlər