SON DƏQİQƏ
» » Çindəki amerikalı məmurlara sevgi - Qadağası

Çindəki amerikalı məmurlara sevgi - Qadağası

Tarix:

4-04-2025, 08:00

/ 3 288 dəfə oxundu.
Çindəki amerikalı məmurlara sevgi - Qadağası

ABŞ hökuməti Çində çalışan dövlət qulluqçularına, onların ailə üzvlərinə və məxfi məlumatlara icazəsi olan podratçılara Çin vətəndaşları ilə romantik münasibət qurmağı qadağan edib.
Məlumata görə, qadağanı ABŞ-nin Pekindəki səfiri Nikolas Börns tətbiq edib.
“Yeni siyasət ABŞ-ın Çindəki diplomatik nümayəndəliklərinə, o cümlədən Pekindəki səfirliyə, həmçinin Quançou, Şanxay, Şenyan, Uxan və Honkonqdakı konsulluqlarına aiddir. Qadağalar Birləşmiş Ştatların Çindən kənarda yerləşən personalına şamil edilməyəcək”, - deyə məlumatda bildirilir.
Mənbə qeyd edir ki, Çin vətəndaşları ilə artıq münasibətləri olan amerikalı məmurlar onlar üçün istisna etmək xahişi ilə müraciət edə bilərlər. Əgər onlar rədd cavabı alsalar, məmurlar ya münasibətləri kəsməli, ya da vəzifələrini tərk etməlidirlər.
скачать dle 12.1

Şərhlər