
22 mart - Ümumdünya Su Resursları Günüdür. Bu günün keçirilməsi haqqında ilk təklif 1992-ci ilin iyununda BMT-nin Ətraf Mühitin Mühafizəsi və İnkişafı Konfransında (UNCED) irəli sürülüb. BMT-nin Baş Assambleyasının 1993-cü il 22 fevral tarixli qərarına əsasən isə qeyd olunmağa başlanılıb.
Elə bu səbəbdən də doğma elimiz Sədərək rayonunun Su resusları gününü təbrik edirəm.
40 ilə yaxındır ki Ermənistan tərəfindən hərbi, iqtisadi və ekoloji terrora məruz qalan bu ucqar rayon əhalisinin əsas məşğuliyyəti kənd təsərrüfatıdır. maddi gəlirlərini və dolanışığını əkinçilik və maldarlıq sayəsində əldə edən Sədərək sakinləri uzun illərdi ki suvarma və içməli su sarıdan korluq çəkirdilər. Rayon ərazisində təbii su ehtiyatları mövcud olmadığından və içməli su təhcizatınınönəmli hissəsini arteizan quyularından əldə edən rayon əhalisi bu sulardan həyətyanı əkin sahələrində istifadə edirlər. Əksəriyyəti sovet dövründə qazılmış su quyuları zaman keçdikcə istifadəyə yararsız hala düşmüş bir çoxları da qurumuşdu. Rayon ərazisində fəaliyyət göstərən 6 nasoslu su təssərüfatı qurğuları geniş əkin sahələrində istifadə olunur, amma içməli su qıtlığı ciddi hiss olunurdu.
əslən Sədərəkdən olan görkəmli iş adamlarımız sayəsində rayonda mühüm iqtisadi addımlar atılır. Onların Sədərəkdə keçirdikləri xeyriyyə tədbirləri ilə bir çox iş yerləri açılır, əsasən də sənaye müəssisələri sahəsində ciddi addımlar atılır bu xeyir əməllərin sırasına biri və ən əhəmiyyətlisi əlavə olundu. Sədərəkdə yeni yeni arteizan quyuları qazıldı, köhnələr də təmir olunaraq yararsız halda olan nasosları yeniləri ilə əvəz olundu. Bu xeyirxah addımların ən yadda qalanı da 14 mart 2025 tarixində Sədərək əhalisinin, rayon rəhbərliyinin və muxtar respublikasından gələn səlahiyyətli nümayəndələrin iştrakı ilə açılışı olan tədbir idi ki bu gözəl addlm həm müqəddəs Ramazan ayında həm də Novruz bayramı ərəfəsinə düşdüyü üçün eyni zamanda Sədərək rayonunu statusu qazanmağının 35 inci ilinə ən böyük hədiyyə kimi qəbul edildi. Rayonda ağsaqqalların ağbirçəklərin oruclu duaları ilə xatırlanan bu mübarək addımı biz də alqışlayırıq və iş adamlarımıza uğurlar arzulayırıq.
Sənan İbrahimov.