SON DƏQİQƏ
» » Ukrayna prezidentliyinə namizədliyini irəli sürdü

Ukrayna prezidentliyinə namizədliyini irəli sürdü

Tarix:

22-02-2025, 08:37

/ 2 411 dəfə oxundu.
Ukrayna prezidentliyinə namizədliyini irəli sürdü

2023-cü ilin noyabrından həbsdə olan Ali Radanın müxalifyönlü deputatı Aleksandr Dubinski Ukrayna prezidenti postuna namizədliyini irəli sürüb.
GunAz.az xəbər verir ki, o, bu barədə teleqram kanalında yazıb.
“Mən - 1981-ci il təvəllüdlü, Kiyevdən olan Aleksandr Dubinski bəyan edirəm: Ukrayna prezidentliyinə namizədliyimi irəli sürürəm”, - deyə o bildirib.
Qeyd edək ki, Dubinksi hazırda Kiyev istintaq təcridxanasındadır. O, dövlətə xəyanətdə ittiham olunur.
скачать dle 12.1

Şərhlər