SON DƏQİQƏ
» » ABŞ-dən deport olunacaq azərbaycanlıların sayı

ABŞ-dən deport olunacaq azərbaycanlıların sayı

Tarix:

4-02-2025, 09:20

/ 3 359 dəfə oxundu.
ABŞ-dən deport olunacaq azərbaycanlıların sayı

Ötən ilin noyabrına olan məlumata görə, ABŞ-dan deportasiya edilməsi gözlənilənlərin siyahısında Azərbaycanın 709 vətəndaşı var.
GunAz.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Foks Nyus” ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsinə istinadla məlumat yayıb.
Deportasiya siyahısına həmçinin Türkiyənin 3103, Rusiyanın 3518, Ukraynanın 1862, Gürcüstanın 833 və Belarusun 323 vətəndaşı daxildir.
Qeyd edək ki, bundan öncə Ermənistanın 2 808, İranın isə 2 618 vətəndaşının deport ediləcəyi açıqlanmışdı.
Ümumilikdə 1 445 549 əcnəbi barəsində deportasiya qərarı verilib.
скачать dle 12.1

Şərhlər